2017-04-12 18:04:42   |   1177 dəfə oxunub

Kanadaya getmək istəyən varmi?- Professor o gözəl ölkədən danışır

Dünyanın ən əsrarəngiz və ən təmiz ölkələrindən biri olan Kanada, bir çoxumuzun xəyallarında olan, ən çox gedib görmək istədiyimiz ölkələrdən biridir. Bu ölkə yaşamaq üçün ən ideal ölkələrdən biri olmaqla yanaşı, təhsil üçündə ən ideal ölkələrdəndir. Kanada dünyada ekoloji cəhətdən ən təmiz ölkələrdən birincisidir desək yanılmarıq. Bu ölkə həm də dünyada "insan kapitalının” paytaxtı sayılır. Burada işsizlik problemi demək olar ki, yoxdur.

Son illərdə xaricdə yaşamağı və işləməyi, eyni zamanda təhsili üstün tutan azərbaycanlıların seçimlərində də Kanada ön sırada duran ölkələrdəndir. Bəs insanları Kanadaya cəlb edən əsas xüsusiyyətlər və ya bu ölkəni cazibədar edən nədir?

Sherg.az-ın bu sualını "Xəzər” universitetinin rektoru, professor Hamlet İsaxanlı cavablandırıb. O bildirib ki, Kanada hələ Sovet dövründə ən çox getdiyi ölkə olmaqla yanaşı, həm də ən yaxşı tanıdığı ölkələrdən biridir:

"Kanada həmişə emiqartları cəlb edən ölkə olub. Azərbaycanlılar isə sadəcə son illər bu ölkəyə maraq göstərir. "Hara getmək olar?" sualı ətrafında araşdırma aparanların siyahısının ilk pillələrində Kanada durur. Maraqlı ərazilər Şimali Amerikadır, Avropa ölkələridir. Amerika Birləşmiş Ştatlarından fərqli olaraq Kanadaya daha çox maraq olmasının səbəbi yeni gələnlərə qarşı qanunların digər ölkələrə baxdıqda qat-qat yaxşı olmasıdır. Xüsusilə təhsil dalınca gedənlərə işləməyə icazə verilir. İkinci bir tərəfdən Amerika prezidenti Donald Tramp müsəlman ölkələrindən bir çox insanların gəlməsinə qadağa qoydu. Buna uyğun Kanada qərar çıxardıb, qaydaları bir qədər yumşaltdı ki, Amerika müsəlmanları buraxmırsa, bu ölkə onları qəbul edəcək. Kanada həm qanunvericiliyə, həm şərait yaradılmasına görə ən gözəl ölkələrdən biridir. Azlıqlara qarşı münasibət yaxşıdır, təzyiq yoxdur. Azərbaycanlılar, xüsusilə İran azərbaycanlıları Kanadada daha çox məskunlaşıb, yaşayırlar. Məsələn, Narutoda 40 minə qədər azərbaycanlı yaşayır. Onların özlərinin qəzetləri, televiziyaları, radioları, nəşriyyatları fəaliyyət göstərir. Sənət adamları, universitetlərdə xeyli professorlar çalışır”.

Kanadaya dəfələrlə səyahət etdiyini deyən H.Isəxanlı bu ölkənin yüksək inkişaf etmiş səviyyədə olduğunu xatırladıb. Onun sözlərinə görə xarici ölkələr içərisində Kanada və Avstraliyanın bu ölkələrə gələnlərə, tələbələrə qarşı qanunları çox yaxşıdır:

"Orada insan tək qalmır, müəyyən kömək üçün proqramlar var. Inkişaf etmiş ölkə olduğuna görə burada maaşlar da çox yüksəkdir. Çox yaxşı universitetləri fəaliyyət göstərir. Ona görə də insanlar üçün bu ölkə cəlbedicidir.

Kanada təhlükəsizlik baxımından da Amerikaya nisbətən daha əlverişlidir. Hətta ən təhlükəsiz ölkələrdən biridir.

Təhsil Kanada dövlətinin əsas diqqətində olan sahələrdəndir. Burada təhsilə dövlət tərəfindən çox böyük diqqət vardır. Ali təhsil müəssisələri tədris proqramlarının dərinliyi baxımından fərqlənir. Universitetlər də daxil olmaqla, əyalət və ərazilər üzrə müvafiq dövlət orqanları təhsilin bütün səviyyələrinə cavabdehdir. İngilisdilli ölkələr sırasında Kanada təhsil almaq üçün, yaşamaq üçün ən ideal ölkələrdəndir. Burada yaşamaq digər ingilsdilli dövlətlərdən bir neçə dəfə aşağıdır.

Təhsil sahəsində də həmçinin, təhsil haqqları digər ingilisdilli ölkələrin təhsil haqqlarından ən azı 50% aşağıdır. Kanadada təxminən 100 universitet və onların nəzdində fəaliyyət göstərən universitet kolleci fəaliyyət göstərir. Məsələn, Oksford, Kembric, Harvard kimi dünyaca məşhur universitetlərin siyahısında olan Toronto universitetinin də adı çəkilir. Eləcə də Kanadanın digər universitetlərində təhsil yüksək səviyyədədir.

Digər ingilisdilli ölkələrlə müqayisədə, açıq immiqrasiya siyasətinin mövcudluğu ali məktəbləri bitirən əcnəbilərin Kanadada qalıb işləməsi üçün geniş üfüqlər açır.

Təhsil səviyyəsi belədir ki, universitetə gedən insan oxumaq istəyirsə, universitet ona kifayət qədər kömək edir. Sadəcə universitetlər yaxşı universitetlərdir, hər tələbə bilir ki, burada mütləq ciddi oxumaq lazımdır”.

Kanadada dini tolerantlığa gəldikdə isə professor deyib ki, bu ölkədə dini və ya etnik azlıqlara təzyiq yoxdur. Çünki ölkə özü emiqrantlar ölkəsidir:

"Kanadanın yerli əhalisi çox azdır. Üstəlik ölkədə iki rəsmi dil var: fransız və ingilis dilləri. Kanada fransızların və ingilislərin qurduğu ölkədir. Buna görə tolerantlıq kifayət qədər yüksəkdir.

Emiqrantlara vətəndaşlıq gedən kimi, birdən-birə verilmir. Başqa ölkələrdə olduğu kimi Kanadaya da gedib, müəyyən müddət yaşamaq, işləmək, özünü sübut etmək lazımdır. Ondan sonra emiqrantlar vətəndaşlıq edə bilərlər”.

Sonda Kanada haqqında maraqlı məlumatları təqdim edirik:

Kanada, Rusiyadan sonra dünyanın ən geniş torpaqlara sahib ikinci ölkəsidir.

Dünyanın ən kiçik həbsxanası Rodney Ontario Kanadada yerləşir. Bu həbsxana 24.3 kvadrat metrdir.

- United Nation Human Development Index’ə görə Kanada dünyanın ən yüksək həyat standartlarına sahib ölkəsidir.

- Kanada, dünyanın ən təhsilli ölkəsidir. Əhalisinin yarısından çoxu ən az universitet məzunudur.

Kanadada olan göl sayı, dünyanın digər hissəsində olan göllərin ümumi sayından daha çoxdur.

- Şimal-qərbi Kanadadakı yol işarələri qütb ayısı şəklindədir.

- 2010-cu ildə Kanadada doğumdan dərhal sonra zibilə atılmış bir körpəni xilas edən adam körpənin atası çıxmışdı.

Hər il Milad zamanı 1 milyon məktub Şaxta Baba’ya çatdırılması üçün Kanadaya yollanılır.

- 1,896 kilometr uzunluğundakı Yong Prospekti, dünyanın ən uzun prospektidir.

ABŞ və Kanada arasındakı sərhəd dünyanın iki ölkə arasındakı ən uzun quru sərhədidir.

Kanada, Venesuela və Səudiyyə Ərəbistandan sonra dünyanın ən böyük üçüncü neft ehtiyatına sahib ölkəsidir.

Sovetlər Birliyi və ABŞ-dan sonra kosmosa çıxan üçüncü ölkə Kanadadır. 1962-ci ildə Kanadanın kosmos proqramı dünyanın ən inkişaf etmiş proqram olaraq tanınırdı.








SON XƏBƏRLƏR

2017-04-30
2017-04-29