2017-04-20 11:18:16   |   76 dəfə oxunub

Bakı metrosunda FACİƏ: sərnişin komaya düşdü


Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.
Xəsarət alan kişi hazırda komadadır.

Sherg.az xəbər verir ki, bu barədə report-a yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov məlumat verib.

Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb: "Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır".






SON XƏBƏRLƏR

2017-04-30
2017-04-29