2017-04-20 14:17:37   |   231 dəfə oxunub

Bu deputatlar mandatdan məhrum edilə bilərlər


Milli Məclis üzvünün parlamentdaxili məsuliyyəti ilə bağlı tələblər artırılıb.

Sherg.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 45-ci (Milli Məclis deputatının parlamentdaxili məsuliyyətinin əsasları) və 46-cı ( Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə təklif olunan yenilikdə göstərilib.

Layihəyə əsasən, Nizamnamənin 45-ci maddəsinə deputatın parlamentdaxili məsuliyyəti ilə bağlı aşağıdakı tələblər əlavə olunur:

- Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
- Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını pozduqda;
Maddədə hazırda qüvvədə olan tələblər isə bunlardır:
- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda;
- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə;
- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının normal gedişini və iş qaydasını pozduqda;
- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, qanunsuz hərəkətlərə çağırdıqda;
- Milli Məclis deputatının yüksək adına xələl gətirən hərəkətlər etdikdə;
- "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda);
- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə
Deputat parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.
Təklif olunan tələblərə əsasən isə Milli Məclisin deputatı ilə bağlı aşağıdakı intizam tədbiri də əlavə olunur:
- Deputatın mandatdan məhrum edilməsi;
Maddənin hazırda qüvvədə olan variantında intizam tədbirləri bunlardır:
- xəbərdarlıq;
- söz kəsmə;
- iclas salonundan çıxarma;
- töhmət;
- deputat səlahiyyətlərinin itirilməsi.
Layihə parlamentin birgə komitələrinin bugünkü iclasında müzakirəyə çıxarılır.






SON XƏBƏRLƏR

2017-06-26
2017-06-25
2017-06-24