2017-04-21 00:18:13   |   127 dəfə oxunub

Parisdə baş vermiş atışmada polis əməkdaşı həlak olub, digəri yaralanıb



Fransa paytaxtında silahlı insident olub. APA -nın "Reuters"ə istinadən verdiyi məlumata görə, silahlı şəxs polisləri atəşə tutub. Atışma zamanı bir polis ölüb, digəri yaralanıb. Cavab atəşi ilə silahlı zərərsizləşdirilib. Hadisə Parisin mərkəzində, "Yelisey çölləri” adlanan küçədə qeydə alınıb.
Polisin məlumatında insidentin terror aktı olub-olmadığı bildirilmir. Hazırda ərazidə araşdırmalara başlanılıb, şəhərdə antiterror əməliyyatlarının başlanacağı istisna edilmir.
Sakinlərə həmin ərazilərə çıxmamaq məsləhət görülür.







SON XƏBƏRLƏR

2017-12-12
2017-12-11