2017-04-21 00:33:04   |   467 dəfə oxunub

Nazarbayevin qərarı Bakıdan təpki aldı

Sevinc Elsevər: “Qadınlar təkcə dini inanclarına görə deyil, artıq kilolarını da gizlətmək üçün qara geyinirlər”

Novella Cəfəroğlu: “İnsanlar geyindikləri geyimə, davranışlarına aid olan qərarları özləri verməlidir”



Qazaxıstan Prezidenti Nursultan Nazarbayev adi vaxtlarda qara rəngdə paltarların qadağan edilməsinin zəruri olduğunu deyib. Onun sözlərinə görə, qazax qadınları tamamilə qara rəngdə geyimlər geyinirlər.

Prezident həmçinin bildirib ki, müsəlman geyimi ilə yox, inancı ilə seçilməlidir: "Maarifçiliyin zəif olması səbəbindən gənc oğlanlarımız şalvarlarının ətəyini qısa edir, saqqal saxlayırlar.

Başdan-ayağa qaraya bürünmüş qazax qızlarının da sayı artır. Bu, nə bizim adətə, nə xalqımıza uyğundur. Ona görə bunun qarşısını qanunvericilik səviyyəsində almaq lazımdır. Qazaxlar qara libası ancaq yas mərasimlərində geyinirlər”.

Məsələ ilə bağlı "Şərq”ə danışan yazar xanım Sevinc Elsevər Qazaxıstan Prezidentinin qərarının demokratik ölkələr üçün absurd olduğunu deyib: "Qadınlar təkcə dini inanclarına görə deyil, artıq kilolarını da gizlətmək üçün qara geyinirlər. Düşünürəm ki, dini meyilləri və ekstremizmi azaltmaq üçün maarifçilik aparılsa, daha yaxşı olar, nəinki qadağalar qoymaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, N.Nazarbayevin açıqlaması birbaşa insanların hüququna müdaxilə etməkdir: "Nazarbayev qorxur ki, qara paltar geyinənlər Suriyadan gələn terrorçular ola bilər. Amma insanlar geyindikləri geyimə, davranışlarına aid olan qərarları özləri verməlidir. Buna görə də hesab edirəm ki, belə addım düzgün deyil”.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2017-06-26
2017-06-25
2017-06-24