2017-04-22 16:23:00   |   1034 dəfə oxunub

Trampdan ŞOK QƏRAR: o ştatlara maliyyə ayrılmayacaq


"Miqrasiya qanunlarına əməl etməyən ştatlara qarşı sərt tədbirlər görülməlidir".
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bunu ABŞ-ın ədliyyə naziri Ceff Seşns bildirib.
C.Seşns deyib ki, mətbuatda adları miqrantlar üçün sığınacaq olaraq hallanan şəhərlərə federal büdcədən vəsait ayrılması dayandırılmalıdır. Bununla yanaşı, nazir prezident Donald Trampın miqrantlara qarşı siyasətinin rasizmə söykəndiyi ilə bağlı məlumatları da təkzib edib.
O bildirib ki, rəhbərlik etdiyi qurum qanunların irqi ayrı-seçkilik olmadan, neytral əsaslarla tətbiqinin tərəfdarıdır. Nazirin fikrincə, əgər ölkəyə qanunsuz daxil olan bir miqrant cinayət etdiyi üçün həbs edilir və ya ölkədən çıxarılırsa, burada hər hansı rasizmdən söhbət gedə bilməz.
Qeyd edək ki, yeni miqrant qanunu Kaliforniya, Nyu-York, Orlean və Çikaqoda etirazlarla qarşılanıb.






SON XƏBƏRLƏR

2017-07-22
2017-07-21