2017-05-03 00:37:21   |   1368 dəfə oxunub

Qarınına yapışmış bir başla doğuldu



Gənc ana əkiz körpə gözləyərkən milyonda bir rast gəlinən  vəziyyətlə qarşılaşdı. Qız uşağı doğuldu, amma körpənin qarınına bitişik bir baş da vardı. Hindistanda adı çəkilməyən 21 yaşlı bir qadın, olduqca sancılı bir hamiləlik keçirib. "Daily Mail”in xəbərinə görə, ultrasəs müayinəsinə girdiyi zaman həkimlər əkizi olacağını söylədi, ancaq işin üzüntülü tərəfi başqa idi. Gənc qadının həqiqətən əkizləri oldu, ancaq biri parazit əkiz idi. Əkizlərdən biri tam normal dünyaya gəlməmişdi. Başı sağlam olan qardaşının qarınına yapışmış bir şəkildə doğulan parazit əkiz, digərinin qanından qidalanırdı. Talehsiz körpənin qarınındakı qulaqları və gözləri olmayan başla birlikdə bir də əlavə əl vardı. Dr. Vijiyeta Garg, körpəni və ananı qurtara biləcəyini söyləyib. Müvəffəqiyyətli bir keysəriyə ilə ikisi də həyatda qalmağı bacarıb. Həkimlər arasında aparılan uzun məsləhətləşmə nəticəsində qarınındakı parazit əkizi də heç bir ödəniş tələb edilmədən alınıb. Dörd saat davam edən  əməliyyat müvəffəqiyyətlə tamamlanıb. Kiçik qız indi xəstəxanada yaxşılaşır. Parazit əkiz hadisələrinə milyonda bir rast gəlinir.







SON XƏBƏRLƏR

2017-11-22