2017-05-18 16:50:54   |   197 dəfə oxunub

Sarı zolağa düşən sürücülər 39 min cərimələnib


"Mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi Oyunları ilə bağlı çəkilən sarı zolaqlara daxil olan 978 sürücüyə (39 min 120 manat) elektron protokol yazılıb”.

Bu sözləri Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

"Sürücü gün ərzində neçə dəfə sarı zolaqlara daxil olursa, hər daxil olduğuna görə protokol tərtib olunur. Mayın 25-nə qədər nəzarət davam edəcək. Sürücülər cərimə olunmaq istəmirlərsə diqqətli olsunlar”.
Şöbə rəisi bildirib ki, I Avropa Oyunları ilə müqayisədə hazırda sürücülərin nizam-intizamı daha yüksək səviyyədədir.
"Təbliğat işlərinin aparılması və ölkədə gedən İslam Oyunlarının möhtəşəmliyi, vacibliyi nizam-intizamın yüksək səviyyədə olmasına təsir edib. Bütün əhəmiyyətli tədbirlərdə Azərbaycan xalqı vahid komanda olaraq çıxış etməyi bacarır”.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır.
May ayının 5-dən tətbiq olunan qadağaya əsasən, zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş nəqliyyat vasitələri daxil ola bilər. Bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə ediləcək.
Qadağa mayın 5-dən 25-nədək qüvvədə olacaq.






SON XƏBƏRLƏR

2017-07-28
2017-07-27