2017-05-18 19:13:31   |   599 dəfə oxunub

Ağacdan yıxılan sahibini bir saniyə buraxmadı

Tony ictimai medianın gündəmi oldu



Argentinada ağacdan düşərək huşunu itirən sahibinin yanından bir saniyə belə ayrılmayan Tony, ictimai medianın gündəmi oldu. İtin sahibinə bu qədər bağlılığı hamını kövrəldib. Bahia Blancada yaşayan Jesus Hueche, budamaq üçün çıxdığı evinin önündəki ağacdan yıxılıb və huşunu itirib. 

Hadisənin fərqinə varan qonşuları təcili yardım çağırıb, lakin bu zaman Huechenin Tony adlı iti sahibinin üzərinə çıxıb. Yaralanan Huechenin yanından ayrılmayan və ilk yardım qrupları gələnə qədər sahibini tərk etməyən Tonyun şəkilləri ictimai mediada çox paylaşıldı. Hueche, "Məni davamlı izləyir və Tony mənim üçün bir oğul kimidir" şərhini verib.







SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22