2017-05-18 20:08:28   |   133 dəfə oxunub

İslamiadada 55-ci qızıl medalı qazandıq



Bakı-2017 IV İslam Həmrəyliyində Azərbaycan 55-ci qızıl medalını qazanıb.

Sherg.az Trend-ə istinadən bildirir ki, 91 kq çəki dərəcəsində döyüşən boksçuların finalında Olimpiya mükafatçımız Teymur Məmmədov türkiyəli Burak Akşinlə münasibətlərinə aydınlıq gətirib.

Boksçumuz həlledici görüşdə rəqibindən daha üstün döyüş nümayiş etdirərək qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

------------

19:35

Daha bir boksçumuz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını gümüş medalla başa vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, 81 kq çəki dərəcəsində döyüşən idmançımız Rauf Rəhimov qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilovla üz-üzə gəlib.

Təəssüf ki, R.Rəhimov da final görüşündə büdrəyib - 1:4.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

---------

19:12

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir boksçumuz gümüş medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 75 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız Kamran Şahsuvarlı finalda qazaxıstanlı Tursunbay Kulahmetlə döyüşüb.

Hakimlər qələbəni rəqib döyüşçüyə veriblər.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.






SON XƏBƏRLƏR

2017-07-22
2017-07-21