2017-05-19 00:02:40   |   144 dəfə oxunub

“Shacman” piyadanın üstündən keçdi


Şəkidə 47 yaşlı kişinin üstündən yük maşını keçib.
Hadisə şahidlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə mayın 18-i günorta saatlarında Şəki şəhərinin Oğuz şosesi adlanan ərazisinin yaxınlığında baş verib.
Rayonun Baş Göynük kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Abdurəhmanov idarə etdiyi "Shacman” markalı yük maşınını arxaya sürərkən yük maşınının arxasında olan Böyük Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Yunis Nəzər oğlu İsmailovun üstündən keçib.
Hadisədən sonra üç övlad atası olan, 47 yaşlı Yunis İsmailov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.






SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21