2017-07-14 23:31:51   |   157 dəfə oxunub

Pentaqon: İŞİD-in Əfqanıstan özəyinin başçısı məhv edilib


İŞİD terror təşkilatının Əfqanıstan özəyinin başçısı Əbu Sayed məhv edilib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Dana Uayt bəyan edib.
Onun sözlərinə görə, Əbu Sayed həftənin əvvəlində Kunar əyalətində endirilən zərbə nəticəsində öldürülüb. Onunla birgə bir neçə digər İŞİD üzvünün məhv edildiyi bildirilir.






SON XƏBƏRLƏR

2017-09-24