2017-07-16 22:06:49   |   168 dəfə oxunub

Bakıda iş axtaran şəxslərə qarşı CİNAYƏT


Bakıda vətəndaşları aldadaraq pullarını alan şəxs barədə polisə şikayət ərizələri daxil olub. Lent.az xəbər verir ki, 1961-ci il təvəllüdlü İsmayılova Səfurə Əhliman qızı və 1960-cı il təvəllüdlü Mədətov Sübhan Niyaz oğlu 36-cı Polis Bölməsinə müraciət edərək Xaspolad adlı şəxsin işə düzəltmək adı ilə onlardan xeyli pul alaraq aldatdığını bildirib. S.İsmayılova həmin şəxsin ondan 3000 manat, S.Mədətov isə 2500 manat aldığını və verdiyi vədə əməl etmədiyini bildiriblər.
Araşdırmalar zamanı məlum olub ki, hər iki şəxsdən pulu paytaxt sakini, 1977-ci il təvəllüdlü Rzayev Xaspolad Fazil oğlu alıb. Həmin şəxs vətəndaşlardan pulu keçən ilin iyun ayında götürüb.
Araşdırmalar davam etdirilir.







SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21