2017-07-17 12:57:16   |   102 dəfə oxunub

Yeriməyə çətinlik çəkən 7 yaşlı Nicat kömək istəyir


7 yaşlı Əliyev Nicat Vüqar oğlunun xeyirxah insanların köməyinə ehtiyacı var. Sağ ayağı təcili əməliyyat olunmalıdır. Lent.az-a müraciət edən Nicatın anası Əliyeva Dilşadın sözlərinə görə, oğlu ilk əməliyyatı 3, ikincini isə 5 yaşında keçirib. Üçüncü əməliyyat isə təcili edilməlidir: "Ayağında əməliyyatın izləri var. İkinci əməliyyatda Nicatın ayağına dəmir qoyulub. İndi həmin dəmir təcili çıxarılmalıdır. Ayağındakı şruplar əyilib, artıq ağrı verir uşağa”.
Nicatın sağ ayağı sol ayağına nisbətən 8.5 sm. qısadır. Buna görə də yeriyəndə sağa tərəfə əyilir. Bu da zamanla onun onurğa və qabırğa sümüklərinin əyilməsinə gətirib çıxarıb.
Əməliyyatı Bakıda "Sity Hospital”da ortopedik-cərrah Ələkbər Kərimov edəcək. Əməliyyatın qiyməti də çox deyil, cəmi 3 min manat. Bu günə qədər 2 dəfə əməliyyat və müəyyən müalicələr keçmiş Nicatın ailəsinin isə bu məbləği ödəməyə maddi imkanı yoxdur.
Yardım etmək istəyənlər üçün Nicatın anasının bank hesabını təqdim edirik.
Bank respublika -380194401956344301 AZE-16035130
Əliyeva Dilşad: 077 573 19 01







SON XƏBƏRLƏR

2017-11-18
2017-11-17