2017-07-17 13:00:01   |   138 dəfə oxunub

Prezidentlərin geniş tərkibdə görüşü oldu - YENİLƏNİB


İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin Riqada geniş tərkibdə görüşü olub.
Lent.az Azərtaca istinadən görüşdən foroları təqdim edir:
12:03
Latviya prezidentinin iqamətgahında – "Riqa” qəsrində prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Latviya prezidenti Raymonds Veyonis Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Latviyanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Raymonds Veyonisə təqdim olunub.
Azərbaycan prezidenti İlham Əliyev "Riqa” qəsrinin "Gerblər” salonunda fəxri qonaqlar kitabına ürək sözlərini yazıb
Daha sonra iki prezident arasında təkbətək görüş olub.
Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ölkələr arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıldı, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






SON XƏBƏRLƏR

2017-11-18
2017-11-17