2017-07-17 15:58:59   |   322 dəfə oxunub

Dərimizdəki günəş yanığını necə sağaldaq?


Yayda ən çox soruşduğumuz sual bu olur. Yay aylarında sərinləmək üçün ən effektiv vasitə olan çimərliklər diqqət etmədikdə günəş yanığı ilə yaddaşımızda yaxşı qalmaya bilər. Bunu əngəlləmək üçün elə çimərlikdə olarkən tədbir görmək faydalıdır. Əgər hər şeyə baxmayaraq, günəş ləkələrindən xilas olmasanız, narahat olmayın. 

Həlli var:

Xiyar: lazım olan dəri müalicələrində əsas qida olan xiyar günəş yanıqlarına da müsbət təsir edir. Xiyarı qabıqları ilə birlikdə rəndələdikdən sonra suyunu sıxın və günəş yanığı olan bölgəyə sürtün. Beləliklə, dəri canlanacaq və ağrı hissi azalacaqdır.

Zeytun yağı: 

Günəş yanıqlarında zeytun yağı çox effektiv müalicədir. Zeytun yağı həm günəş yanığından qaynaqlanan ağrıları aradan qaldırır, həm də dərini yumşaldaraq sərtləşməsinə və gərginləşməsinə mane olur.

Qatıq: 

Günəş yanığına nə yaxşı gəlir sualında ilk ağla gələn hər zaman qatıqdır. Çünki soyuq qatıq həqiqətən, günəş yanıqları üçün təsirli bir həll yoludur. Gündə bir neçə dəfə tətbiq etdikdə ağrının azaldığını görəcəksiniz.

Aloe Vera: 

Günəş yanıqları üçün aloe vera, doğruluğu sübut olunmuş bir həll yoludur. Aloe vera nəmləndirici effekti ilə ağrı və yanma hissini aradan qaldırır.

Su içmək: 

Günəş yanıqları üçün yanan bölgələrə bir şey sürmək yaxşı gəlsə də, eyni zamanda su istehlakı da əhəmiyyətlidir. Beləliklə, dərinizin itirdiyi nəm yenilənəcək və ağrı hissi azalacaqdır. Üstəlik, su içmək sayəsində bədəndəki hüceyrələrin də susuz qalması əngəllənir.
Alma Sirkəsi: Günəşdən yaranan yanıqların üzərinə pambıqla alma sirkəsi sürtülməsi ağrını azaldır.

Qara Çay: 

Türklər üçün əvəzolunmaz olan çay, günəş yanıqlarının müalicəsində də təsirlidir. Günəş yanığı olan bölgəyə paket çay qoysanız, yanma hissi azalacaqdır.







SON XƏBƏRLƏR

2017-11-18
2017-11-17