2017-08-12 15:49:05   |   470 dəfə oxunub

Rusiyadan azərbaycanlıların intihar xəbərləri gəlir

Ola bilsin ki, gəncin özünü öldürməsində iqtisadi faktor, Rusiyada da maliyyə durumunun nisbətən aşağı düşməsi əsas rol oynasın


"Rusiyada gündə bir nəfər intihar eləmir ki!? Sadəcə bu xəbərin Azərbaycan üçün aktuallıq kəsb etməsi və medianın gündəminə daşınması həmin gəncin həmyerlimiz olması ilə bağlıdır. Halbuki müxtəlif millətlərdən olan onlarla, yüzlərlə gənc özünə qəsd edir”.

Bu sözləri Rusiyada yaşayan həmyerlilərimizin intihar xəbərlərini şərh edən psixoloq Elnur Rüstəmov deyib.

Psixoloqun sözlərinə görə, həmin gəncin ölümü araşdırılmalı və onun hansı səbəblərdən özünə qəsd etməsi öyrənilməlidir: 

"Ola bilsin ki, gəncin özünü öldürməsində iqtisadi faktor, Rusiyada da maliyyə durumunun nisbətən aşağı düşməsi əsas rol oynasın. Bəlkə də gəncin özünün psixoloji sıxıntıları, mənəvi problemləri olub”.

E.Rüstəmov hesab edir ki, Azərbaycandan Rusiyaya getməklə o öz həyatını da dəyişmək istəmiş ola bilər: 

"Yəni buradakı problemlərindən, gərginliklərindən qurtulmaq üçün Rusiyaya köçmüş ola bilər. Sonra da görüb ki, hara getsə, yaşadığı sıxıntılar da onunla birgə gedib və adaptasiya prosesində də çətinlik yaşayıb. Mühitə uyğunlaşa bilmədiyi üçün də özünə qapanıb intihar etməsi istisna deyil. Sadəcə hansısa ölkəyə çörəkpulu dalınca gedən yox, bəzən oxumaq üçün xaricə gedən gənclərimiz də bu cür situasiyalarla qarşılaşa bilirlər”.

Şəymən







SON XƏBƏRLƏR

2017-12-12
2017-12-11