2017-08-12 16:19:15   |   191 dəfə oxunub

Azərbaycanda yol polisi hamilə qadın və övladını xilas etdi


Şəmkirdə yol polisləri ana və yeni doğulacaq körpəsini ölümdən xilas ediblər.

Sherg.az-ın ARB 24-ə istinadən məlumatına görə, Tovuz rayon sakini Nizami Vəliyev hamilə gəlinini Gəncəyə apararkən yolda onun halının pisləşdiyini görüb. Həyəcandan avtomobili idarə edə bilməyən sürücü Şəmkir postunda yol polisindən köməklik istəyib.

Hamilə qadını xəstəxanaya çatdıran Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Xəyal Məmmədov uşağın dünyaya sağlam gəlməsinə görə sevincli olduğunu dilə gətirib. Dünyaya gələn qız uşağına isə köməklik göstərən polis əməkdaşı Xəyalın şərəfinə Xəyalə adı qoyulacaq.

Abbas Səhhət adına 1 nömrəli xəstəxanadan bildirilib ki, hamilə qadın bir neçə dəqiqə də gec çatdırılsa idi onların həyatı üçün təhlükə ola bilərdi.

Hazırda isə ana və övladının vəziyyəti yaxşıdır.






SON XƏBƏRLƏR

2017-12-12
2017-12-11