2017-08-28 14:15:30   |   264 dəfə oxunub

İranda sünni fəal gizli edam edildi


İranda hakimiyyətə qarşı silahlı mübarizə aparmaqda günahlandırılan sünni məzhəbli aktivist Seyid Camal Seyid Musəvi edam edilib.

Axar.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb. İranlı hüquq müdafiəçilərinin iddiasına görə, Musəvi avqustun 24-də Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında edam olunub.

Edam olunan Musəvinin meyiti ailəsinə verilməyib və o, gizli şəkildə naməlum qəbiristanlıqlardan birində dəfn edilib.







SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22