2017-09-12 12:40:09   |   224 dəfə oxunub

Sabaha olan hava proqnozu açıqlandı


Sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacağı, şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. 

Havanın temperaturu gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.






SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22