2017-09-13 12:12:39   |   117 dəfə oxunub

Mobil kiberhücumların sayı 40 faiz artıb



"Avast” antivirusunun tərtibatçıları mobil cihazlara hücumların artdığını bildirib.

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, təkcə "Android” əməliyyat sistemindəki cihazlarda bu artım 40 faizə çatıb.

Bu ilin ikinci rübündə belə kiberhücumların sayı "Android” istifadəçiləri arasında ötən ilin analoji dövrü ilə müqayisədə 40 faiz artıb. Bununla belə, orta aylıq göstəricidə artım 1,7 milyon fakt olub. Araşdırmaçılar müəyyən ediblər ki, orta hesabla ayda mobil cihazlara ziyan vura biləcək 788 yeni kibervirus qeydə alınır.

"Kiberhücumların həcmi tez bir müddətdə artır. Hakerlər daha incə və təhlükəli strategiyadan istifadə edirlər. Ən böyük təhlükə isə şəxsi məlumatlara və məxfiliyə aiddir”, - deyə "Avast” şirkətinin mobil və İoT tərtibatlar üzrə vitse-prezidenti və baş direktoru Qaqan Sinqh qeyd edib.







SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21