2017-09-13 16:57:27   |   661 dəfə oxunub

Silahlı təşkilat liderini gizlədən balerin 25 il sonra buraxıldı




Peruda 1992-ci ildə ölkədə hər yerdə axtarılan sol təmayüllü "Sendero Luminoso" təşkilatının lideri Abimael Guzmanı evində saxlayan balerin Garrido Lecca, 25 il sonra sərbəst qaldı. Leccanın azad olunması ölkə gündəmini ən əhəmiyyətli mövzusu oldu.


Peruda bir müddətdir davam edən əvf olunanların sonuncusu 25 il əvvəl haqqında çox danışılan bir iddiadan həbs cəzası alan balerin Garrido Leccanın sərbəst buraxılması oldu.




Lecca 1992-ci ildə Peruda fəaliyyət göstərən silahlı sol təşkilat lideri "Sendero Luminoso"nun liderini  rəqs studiyasının ikinci mərtəbəsində polisdən gizlətmək günahından həbsə girmişdi.
O dövrdə ölkənin ən çox axtarılan adının bir balerinin rəqs studiyasında ortaya çıxması böyük əks-səda yaratmışdı .

Garrdio Lecca ona yönəldilən "Sendero Luminoso" təşkilatına üzv olduğu iddialarını isə rədd etmişdi.

"Sendero Luminoso" təşkilatı 1980-ci ildə Peruda hökuməti devirməyə çalışmışdı. Ölkə tarixinin ən qanlı dövrü o illərdə yaşanıb.

Sol fikirli üsyançılar və təhlükəsizlik gücləri arasında qarşıdurmalar 20 il davam etmiş, daxili savaşda 69 min adam həyatını itirmişdi.







SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22