2017-09-13 19:02:40   |   305 dəfə oxunub

Ərdoğandan ABŞ-ın "S-400" narahatlığına sərt reaksiya - "İstədiyimizi..."



Dünən Türkiyə prezidenti Ərdoğan rəsmi Ankaranın Rusiya ilə "S-400" sisteminə görə müqavilə imzaladığını bəyan etdi.

"Ölkə.Az" xəbər verir ki, bu açıqlama Rusiya tərəfindən də təsdiqləndi.

Məlumat yayıldıqdan sonra Pentaqonun rəsmi nümayəndəsi Conni Maykl bəyan etdi ki, ABŞ Ankaranın bu qərarından narazıdır. Amerikalı hərbçi deyib: "Türkiyə NATO müttəfiqləri və ABŞ-ın istehsal etdiyi raket əleyhinə sistemlərin alınmasında maraqlıdır".

İyul ayında da ABŞ-ın müdafiə naziri Türkiyə və Rusiya arasındakı müqavilədən narahat olduğunu dilə gətirmişdi.

ABŞ-ın bu reaksiyasına Türkiyə prezidenti sərt cavab verib: "Türkiyə təhlükəsizlik məsələlərində müstəqil qərarlar qəbul edəcək. İllərlə ABŞ və İsrail bizə PUA verməkdən imtina ediblər. Bundan sonra biz özümüz PUA istehsal etdik. Bu isə onları narahat etdi. "S-400" müqaviləsi imzalandıqdan sonra da təşvişə düşüblər. Sonra nə olacaq? Yenə sizi gözləyək?"






SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22