2017-09-14 11:20:45   |   628 dəfə oxunub

"Dədə Ədalətin səhhəti çox ağırdır" - Qızı "Sherg.az"a danışdı

Kəmalə Nəsibova: " Türkiyəyə getdi və orada müayinə edib, yenidən Azərbayvana Onkoloji Klinikaya göndərdilər. Onkoloji klinikada da müalicə yazdılar və müalicəsini evdə davam etdirirdi. Qəfil halı pisləşdi"


Ustad aşıq Ədalət Nəsibovun səhhəti pisləşib. 

Bu barədə "Sherg.az"a aşığın qızı Kəmalə Nəsibova məlumat verib. O qeyd edib ki, hazırda sistem altında olan aşığın sağlıq durumu yaxşı deyil: 


"Bir müddət öncə, Türkiyəyə getdi və orada müayinə edib, yenidən Azərbaycana Onkoloji Klinikaya göndərdilər. Onkoloji klinikada da müalicə yazdılar və müalicəsini evdə davam etdirirdi. Qəfil halı pisləşdi. Boğaz, mədə və ürəyində kəskin ağrıları var. Bildiyim odur ki, səhhəti çox ağırdır".

"Ustadın müalicə üçün xarici ölkələrdən birinə göndərilməsi üçün aidiyyatı dövlət qurumlarına müraciət olunubmu ?" sualına gəlincə, K.Nəsibova bu barədə hər kəsin məlumatlı olduğunu deyib: 

"Düzdür, heç bir dövlət orqanına rəsmi olaraq müraciət etrməmişik, amma hamı bilir. Hələlik isə onun xaricə göndərilməsi məsələsi inandırıcı görünmür". 



Ayyət ƏHMƏD 






SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21