2017-09-14 13:00:48   |   349 dəfə oxunub

Rusiya Aİ ölkələrinin qapısı ağzında böyük hərbi manevrlər edir - NATO narahatdır



Rusiya Belarusla birgə Avropa ittifaqı ölkələrinin qapısı ağzında hərbi manevrlərə başlayıb. 

"Sherg.az " "Lemonde.fr"ə istinadən xəbər verir ki, Moskva bir həftə ərzində Polşa və Litva sərhədləri boyunca 12700 əsgər yerləşdirib ki, bu da NATO - da ciddi narahatlıq doğurub. Çünki bütün bunlar NATO - nun tənqidlərinə qarşı yönəlib. 


Rusiya isə məlum addımını özünümüdafiə məqsədilə həyata keçirdiyini bəyan edir. 12700 əsgər Belarusda Kalininqrad və Rusiyanın şimal-qərb bölgələrinə  gətirlir.  Polşa və Litvanın sərhədlərinə boyunca yerləşdirilir. 

2014-cü ildə Krımın ilhaqından  və Ukraynanın şərqində baş verənlərdən sonra  Baltikyanı ölkələr Rusiyanı özlərinin suverenliyi üçün ən böyük təhlükə kimi dəyərləndirib.

Ayyət ƏHMƏD 






SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21