2017-09-14 14:32:37   |   537 dəfə oxunub

Əliməmməd Nuriyev Ombudsman seçiləcək ? - Aydınlaşdı

"Hələlik kimlərin namizəd kimi irəli sürüləcəyini bilmirəm"


"Ombudsman vəzifəsinə namizəd göstərilməyim haqqında heç bir məlumatım yoxdur”.

Bunu "Sherg.az”a "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. O bildirib ki, məsələ ilə bağlı mülahizələrdən xəbərsizdir:

"İnsan hüquqları üzrə müvəkkili Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd arasından Milli Məclis 83 səs çoxluğu ilə seçir. Hələlik kimlərin namizəd kimi irəli sürüləcəyini bilmirəm. Ona görə, bu barədə fikir deyə bilmərəm”.

Qeyd edək ki, Milli Məclisin Payız sessiyasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) seçkisi keçiriləcək.

Hazırkı ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il mart ayının 5-də başa çatıb. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Qanuna əsasən, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Yeni ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini hələ də davam etdirir.

Xatırladaq ki, yerli KİV-də Ombudsman postuna 3 nəfərdən birinin - Prezident Yanında Əfv Komissiyasının üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, millət vəkili Əli Hüseynov və yazıçı deputat Elmira Axundovanın təyin oluncağına dair iddialar yer alıb. 

Ayyət ƏHMƏD






SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21