2017-09-19 18:33:16   |   426 dəfə oxunub

"Proteinlər cinsi sağlamlığa təsir edir, hətta sonsuzluğa səbəb olur" - Seksopatoloq

Xudaverdi Əliyev: "Bunun qəbulunu azaltdıqda, yaxud tamamilə kəsdikdə bədən öyrəşdiyi miqdarı tələb edir. Ona görə, ziyan daha da artır. Bədəndə piylənmə yaranır"


"Protein zülaldan hazırlanır, həddən artıq qəbul edildikdə müxtəlif orqanlarda kəskin böyümə baş verir”.

Bunu "Sherg.az”a proteinlərin zərərləri haqqında danışarkən tanınmış həkim-seksopatoloq Xudaverdi Əliyev deyib. O bildirib ki, proteinlər mütəmadi qəbul olunursa, arada fasilə verildikdə zərərləri artır:

"Ona görə, qəbul edənlər sona qədər bunu etməlidir. Lakin istənilən vəziyyətdə proteinlər çox zərərlidir.

Proteinlər cinsi sağlamlığa təsir edə bilər, hətta sonsuzluğa gətirib çıxara bilər. Proteinlərin fəsadlarından biri də bədəndə piylənmə yaratmasıdır. Ağılsız adamlardır ki, nəyinsə xatirinə zərərli qidaları qəbul edirlər. Görüblər ki, son vaxtlar idmana diqqət artıb, idmançılar yaxşı qazanır. Cavanlar da buna meyl etməyə başlayıb.

Proteinlər şübhəsiz ki, asılılıq yaradır. Narkotik dərəcəsində olmasa belə, mütləq asılı vəziyyət yaranır. Əvvəl qəbul edildikdə tutaq ki, 5 qram götürülür, hüceyrələrdə qidalanma 10 faiz olur. Bunun qəbulunu azaltdıqda, yaxud tamamilə kəsdikdə bədən öyrəşdiyi miqdarı tələb edir. Ona görə, ziyan daha da artır”.

Qeyd edək ki, idmanla mütəmadi məşğul olan kişilərin əksəriyyəti protein tozundan da istifadə edir. Bu, xüsusən də son zamanlar kişilər arasında dəb halını alıb.

Aysel Aslan







SON XƏBƏRLƏR

2017-10-19