2017-09-22 14:03:55   |   107 dəfə oxunub

Ukraynada "sxodka"ya basqın: 7 azərbaycanlı avtoritet həbs edildi - ADLAR



Ukraynanın Kirovoqrad şəhərində xüsusi təyinatlı "KORD” dəstəsi əməliyyat keçirib. Lent.az-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, şəhərdəki "Şaşlıçnıy dom” restoranında keçirilən "sxodka”ya basqın edən xüsusi təyinatlılar onlarla avtoriteti həbs ediblər.

Onların arasında 7 azərbaycanlı avtoritet də var. Bunlar Əhmədov Nəcəb Qaqamkişi oğlu, Çələbiyev Vüsal Bəhram oğlu, Zeynalov Əkbər Sərxan oğlu, Hümbətov Şükür Oruc oğlu, Atayev Qəzənfər Əbülfət oğlu, Gözəlov Kamran Nəbi oğlu və Mehbalıyev Zamiq Zabil oğudur.



Məlumata görə, "sxodka” Ukraynanın Kirovoqrad, Dneprepetrovsk və Nikolayev vilayətlərində də təsir sahələrinin yenidən bölüşdürülməsi məqsədiylə yığışıbmış.






SON XƏBƏRLƏR

2017-10-19