2017-09-22 14:13:32   |   207 dəfə oxunub

"Türkiyə ilə NATO müttəfiqləri arasında inamsızlıq və çatlar yaranır" - Konfliktoloq


"Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıqda əsasən enerji məsələləri,kənd təsərrüfatı məhsulları və turizm üstünlük təşkil edir”.

Bunu "Sherg.az”a Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq görüşün nəticələrini izah edərkən konfliktoloq Elxan Mehdiyev deyib.

 O diqqətə çatdırıb ki, türk şirkətləri Rusiyada milyardlara çatan tikinti layihələrinə sahibdirlər:

"Rusiya ilə hərbi əməkdaşlıq əvvəllər olsa da, bu, heç də strateji xarakter daşımırdı. Amma indi Rusiyadan S-400 kompleksinin alınması Qərb ölkələrinin Türkiyəyə yeni texnologiya verməməsi ilə əlaqələndirilir və bu yeni mərhələdir. Bu, reallaşacaqsa, Rus-Türk əlaqələri daha da dərinləşəcək.

Bu iş həm də Rusiyanın xeyrinədir. Çünki Türkiyə ilə NATO müttəfiqləri arasında inamsızlıq və çatlar yaranır və Rusiya bundan yararlanır. Türkiyə isə bununla öz münasibətini NATO müttəfiqlərinə göstərir. Düşünürəm ki, D.Trumpla görüşdən sıçrayış xarakterli nəticə olmasa, bu müqavilə baş tutacaq, Ona görə ki, ABŞ da Türkiyənin S-400 almasının əleyhinədir.

Bu baxımdan Ərdoğan ABŞ görüşlərindən sonra bu məsələyə nöqtə qoyulacaq. Ərdoğan Nyu- Yorkda NATO Baş Katibi ilə də görüşüb”.

Qeyd edək ki, prezidentlər arasında görüş sentyabrın 28-də baş tutacaq.

Aysel Aslan







SON XƏBƏRLƏR

2017-12-12
2017-12-11