2017-09-22 17:49:06   |   133 dəfə oxunub

Sabiq nazir müavinin oğlu ölkədən çıxıb


Ləğv olunan Nəqliyyat Nazirliyində nazir müavi olan Arif Əsgərovun baldızı oğlu olan Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qisimində E.Hüseynovun sürücüsü olan Əfqan Salamov dindirilib.
Sürücü qeyd edib ki, müdürinin Tural adlı şəxsə 380 min manat borcu olub və bu borcdan 150 min qaytarıb.

Arif Əsgərovun oğlu Elnar Əsgərov bu cinayət işində şahid kimi tanınsa da, istintaq başlayan kimi ölkəni tərk edib. Buna görə də dindirilməyib. E.Hüseynov isə pulları Elnara verdiyini deyib.

Qeyd edək ki, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

Xatırladaq ki, təqsirləndirilən E.Hüseynov "Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur.






SON XƏBƏRLƏR

2017-10-19