2017-09-22 20:48:18   |   130 dəfə oxunub

İstanbul bələdiyyəsinin sədri istefa verdi


İstanbul Bələdiyyəsinin sədri Kadir Topbaş vəzifəsindən istefa verib.
APA-nın CNN - Türkə istinadən verdiyi xəbərə görə, bunu K. Topbaş keçirdiyi mətbuat konfransında bəyan edib.
K.Topbaş Ədalət və İnkişaf Partiyasında fəaliyyətini davam etdirəcəyini bildirib: "Müxalifət bunun üzərindən siyasət qurmaq istəyir. Buna heç vaxt icazə vermərəm. Mən bu gündən bələdiyyə sədri vəzifəsindən istefa verdim. Lakin siyasi partiyam ilə ziddiyyətim yoxdur. Buna baxmayaraq, mənsub olduğum partiyanın üzvlüyündə qalıram.”
Qeyd edək ki, AKP-nin üzvü olan K.Topbaş 2004-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idi.






SON XƏBƏRLƏR

2017-10-19