2017-10-03 17:21:55   |   839 dəfə oxunub

Bu narkotik maddə qadını zombi halına saldı - VİDEO


Flakka son günlər ABŞ-da ortaya çıxan zombi görüntülərindən sonra gündəmə gəldi. Sintetik bir narkotik kimi tanınan flakka, istifadə edənlərdə ağrıya laqeydlik və hiper təcavüzkarlıq kimi davranışlara səbəb olur.

"Sherg.az” huriyyet.com.tr-yə istinadən bu narkotik maddə haqqında ətraflı məlumatları təqdim edir.

 
Həmin narkotik maddə istifadə edənlərin üzərində yaratdığı təsir səbəbindən insanların araşdırdığı mövzular arasında yer aldı. Sosial şəbəkələrdə yayılan videolarda flakkanın zombi təsiri yaratdığı və istifadə edənlərin özünü itirdiyi əks olunur.
 

FLAKKA NƏDİR?
 

Flakka, əsl adı "sintetik katinon” olan və cəmiyyət içərisində "vanna duzu” kimi tanınan uyarıcı maddədir. Amfetamin tərzində olan maddənin ortaya çıxardığı fiziki və psixoloji təsirlər flakkanı narkotik vasitələrin yeni versiyaları arasına daxil edir.

"Vanna duzu” müxtəlif komponentlər daşıdığı üçün daha güclü təsirə malik olan flakka, bu təsirini ilk 15 dəqiqə içərisində göstərir. Orta hesabla 4 - 8 saat arası davam edən təsir bədənə girdiyi andan etibarən təcavüzkar davranışlar ortaya çıxarır.

 
Flakkanın "Delirium” adlanan və nadir görülən həddindən artıq güclü əks təsiri var. Bu zaman yüksək bədən temperaturu, ağrıya laqeydlik və hiper-təcavüzkarlıq müşahidə edilir.
 
Videolarda görülən zombi təsiri və ət yemək kimi simptomlar isə təsdiqini tapmayıb. Bu hələlik elmi dayağa malik deyil.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17