2017-10-11 17:26:34   |   115 dəfə oxunub

Aşıq Ədalətin 40 mərasimi 22 oktyabrda keçiriləcək


"Qazax” Xeyriyyə İctimai Birliyindən "Sherg.az"a verilən məlumata görə, ustad Aşıq Ədalətin 40 mərasimi 22 oktyabr 2017-ci ildə "Tural” Mərasim zalında keçiriləcək. Qadınların məclisi saat 11:00-da, kişilərin məclisi isə saat 13:00-dan başlanır.

Qeyd edək ki, Azərbaycanın və türk dünyasının böyük ozanı, ustad sənətkarı Aşıq Ədalət 14 sentyabr 2017-ci ildə haqqın dərgahına qovuşmuşdur. Böyük sənətkarla vida mərasimi Qazax Mədəniyyət Mərkəzində təşkil edilmişdir. Öz vəsiyyətinə uyğun olaraq Dədə Ədalət 15 sentyabr 2017-ci ildə Qazax rayonunda, Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.

Allah rəhmət etsin!






SON XƏBƏRLƏR

2017-10-19