2017-10-11 20:44:00   |   180 dəfə oxunub

Luiş Fiqu prezidentin məsləhətçisi oldu


Keçmiş portuqaliyalı futbolçu Luiş Fiqo UEFA-da işə başlayıb. Apasport.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, o, prezident Aleksandr Çeferinin məsləhətçisi kimi çalışacaq.

Fiqu bu ilin əvvəlində futbol məsləhətçisi olaraq işə başlayan Nadie Kessler və Deyan Stankoviçə qoşulub.

Qeyd edək ki, Çeferin bir çox müsahibəsində futbol idarəçiliyində keçmiş oyunçuların təcrübəsindən yararlanacağını bildirib.






SON XƏBƏRLƏR

2017-12-12
2017-12-11