2017-10-11 23:58:44   |   123 dəfə oxunub

Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 21-ə çatıb



ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
APA-nın "The Washington Post” –a istinadən verdiyi xəbərə görə, bunu yerli yanğından mühafizə xidmətinin rəhbəri Ken Pimlott bəyan edib.
"Bu ciddi, fəlakətli bir hadisədir", deyə K.Pimlott qeyd edib.
Qeyd edək ki, Kaliforniya qubernatoru ştat ərazisində fövqəladə vəziyyət elan edib.






SON XƏBƏRLƏR

2017-10-19