2017-10-12 00:32:39   |   226 dəfə oxunub

Bağırsaqları çöldə doğuldu

Körpə 14 gün boyunca başından qidalanıb



Ana doğuşdan bir neçə dəqiqə sonra körpəsinin şəkilini paylaşdı. Körpənin görüntüsü adamı dəhşətə salır. O, doğulduğunda bağırsaqları qarınından çöldə idi. Həkimlər körpəni isti tutmaq və infeksiyanı önləmək üçün bağırsaqlarını streç lentlə bürüyüblər.



"Daily Mail”in xəbərinə görə, 21 yaşlı ana Chloe Waltersə körpəsinə sarıla bilməyəcəyini deyiblər. Xəstəxanada 7 həftə qalan körpənin bağırsaqları 3 saat davam edən bir əməliyyatla içəri alınıb. Ova Rose adlı körpə doğulduqdan sonra 14 gün boyunca başından qidalanıb. Daha sonra yavaş - yavaş südlə tanış edilib. 7 həftənin sonunda isə sağlamlığına qovuşaraq xəstəxanadan buraxılıb. Qorxu dolu bir həyat yaşadığını ifadə edən ana Chloe, körpəsinin vəziyyətinin yaxşı olduğunu bildirərək gastroşizis olaraq da bilinən xəstəliyə diqqət çəkmək üçün qızının şəkilini Facebookda paylaşıb.







SON XƏBƏRLƏR

2017-10-19