2017-10-12 01:12:11   |   174 dəfə oxunub

Talonu olan vətəndaşlar...

...Evinin yanında avtomobilini pulsuz park edəcək

Qərar icra olunmağa başlanmayıb, Nazirlər Kabineti qaydaları müəyyən etməlidir



Prezident İlham Əliyev "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda vurğulanıb ki, parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün pulsuz parklanma yerləri ayrılacaq.

Həmçinin, sakinlərə fərdi parklanma talonu veriləcək. Fərdi parklanma talonuna dair məlumatlar Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürüləcək. 

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov dəyişikliyin texniki mahiyyət daşıdığını deyib. Ekspertin sözlərinə görə, keçən ilin dekabr ayında qəbul edilən qərar bu ilin iyul ayından qüvvəyə minib: 

"Mahiyyət ondan ibarətdir ki, əgər vətəndaşın yaşadığı binanın yaxınlığında ödənişli parklanma yeri varsa, sakin hər dəfə maşınını saxlayanda ödəniş etməsin deyə ona talon veriləcək. Talonu olan vətəndaş evinin yanındakı parklanma yerindən pulsuz istifadə edəcək. Ancaq hələki qərar icra olunmağa başlanmayıb. Çünki Nazirlər Kabineti qərarın icrasının qaydalarını müəyyən etməlidir. Qaydalar müəyyən olunandan sonra vətəndaş biləcək ki, talonlar hansı sənədlər əsasında, kimlərə və neçə avtomobillə veriləcək. Bəzən elə olur ki, bir adamın 5 avtomobili olur. Maşınların hamısına talon veriləcəkmi? Bunların müəyyənləşməsi lazımdır”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-12-13