2017-10-12 11:50:39   |   211 dəfə oxunub

Bu il vətəndaşlarımız ərzağa 13 mlrd. manat xərcləyib


2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 24,8 mlrd. manata bərabər olub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ticarət dövriyyəsinin 12,6 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,2 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,4 faiz və 2,9 faiz üstələyib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,2 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 12 faizi ticarət müəssisələri, 53,2 faizi fərdi sahibkarlar tərəfindən, 34,8 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar üzrə 1,4 faiz, bazar və yarmarkalar üzrə 1,2 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 283,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 143,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.







SON XƏBƏRLƏR

2017-12-12
2017-12-11