2017-10-12 14:34:04   |   118 dəfə oxunub

Bakıda zəncirvari qəza: 5 nəfər xəsarət aldı


Bakı şəhərinin Xəzər rayonunda zəncirvari avtomobil qəzası baş verib. 

Lent.az xəbər verir ki, Mərdəkan qəsəbəsində "Mercedes", "Tofaş" və "Reanult" markalı 3 minik avtomobili bir-birinə çırpılıb. 

Nəticədə avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.






SON XƏBƏRLƏR

2017-12-12
2017-12-11