2017-10-12 16:55:14   |   110 dəfə oxunub

Azərbaycanda neft hasilatı 10 faiz azalıb


2017-ci ilin yanvar-sentyabr ayları ərzində SOCAR tərəfindən 5 mln. 579,3 min ton neft hasil edilib.
"APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 1,7% azdır.
Ötən ay SOCAR tərəfindən 615,8 min ton neft hasil olunub.
Ümumilikdə, 2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda 28 mln. 820,8 min ton neft hasil edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,9% azalmadan xəbər verir. Ötən ay Azərbaycan üzrə hasilat 3 mln. 219,6 min ton təşkil edib.






SON XƏBƏRLƏR

2017-10-19