2017-10-12 19:47:03   |   135 dəfə oxunub

Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib


Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib.

"Sherg.az" AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bolqarıstan prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.






SON XƏBƏRLƏR

2017-10-19