2017-10-16 16:50:35   |   305 dəfə oxunub

Sürücülərin diqqətinə: Evakuatorlarla bağlı mühüm qərar


Bakıda DYP evakuatorlarının fəaliyyətinin ləğv edilməsi barədə xəbərlər yayılıb. Bildirilir ki, bundan sonra sürücülər dayanma-durma qaydasını pozarkən, avtomobilləri cərimə meydançasına aparılmayacaq. Lakin yol polisi əməkdaşları həmin avtomobilin sürücüsü barəsində hər yarım saatdan bir inzibati protokol tərtib edə bilər.

Avtosfer.az xəbər verir ki, həqiqətən də, ötən həftənin cümə günündən etibarən Bakıda dövlət yol polisinə məxsus evakuatorların fəaliyyəti dayandırılıb.

Yəni dayanma-durma qaydasını pozan avtomobillər cərimə meydançasına aparılmayıb. Bu gün də eyni mənzərə müşahidə olunur. Lakin bu hal daimi olmayacaq. Bakıdakı cərimə meydançaları qışa hazırlıq məqsədilə təmir edilir, asfalt döşənir. Bu səbəbdən də cərimə meydançalarına nəqliyyat vasitələrinin aparılması müvəqqəti olaraq dayandırılıb. Bir həftə sonra proses davam edəcək.






SON XƏBƏRLƏR

2017-11-22