2017-10-16 18:16:34   |   414 dəfə oxunub

"İlin sonuna doğru mənzil bazarında nəzərəçarpan bahalaşma..."


"Mənzillərin qiymətlərinin bahalaşması mövsümi xarakter daşıyır”.

Bunu "Sherg.az”a daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı ilə bağlı danışarkən əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib. 

O bildirib ki, payız aylarında əmlak bazarında qiymət artımı qaçılmaz olur:

"Yaz-yay aylarında isə adətən azalma baş verir. Ona görə, azalan qiymətlər payız aylarında öz itirilmiş mövqeyini bərpa edir. Sadəcə olaraq, bu, mövsümi və qeyri-mövsümi aylardan asılı olaraq, qiymətlərin dəyişməsidir. Əslində isə elə böyük artım yoxdur. Amma ola bilər ki, ilin sonuna doğru müəyyən artım müşahidə olunsun.

Sentyabr ayında qiymət artımı 3.25 faiz təşkil edib. Bu da yayda daşınmaz əmlak bazarında itirilmiş mövqelərin bərpası ilə əlaqədardır”.

Mövcud qiymət artımının bazara təsirinə gəldikdə isə ekspert deyib ki, belə hallarda əmlak bazarında aktivlik baş verir:

"Adətən, qiymət artanda əmlak bazarında alıcılar çoxalır. ƏksinƏ, qiymət azaldıqdan isə alıcı bazardan çıxır. Ona görə, inflyasiyaya uyğun olaraq, az da olsa əmlak bazarında aktivlik müşahidə olunacaq. Amma bu inflyasiya səviyyəsindən çox ola bilməz”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2017-11-22