2017-10-17 17:01:13   |   133 dəfə oxunub

Azərbaycanda 32 nəfər valideynlik hüququndan məhrum edilib


Bu ilin 6 ayı ərzində Azərbaycanda I instansiya məhkəməsində Azərbaycanda valideynlik hüququndan məhrum edilmə ilə bağlı 66 mülki işə baxılıb. Dövlət Statistika Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 32-nin iddiası təmin edilib.
Həmçinin, I instansiya məhkəməsində valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 46 mülki işə baxılıb. Onlardan isə 41-nin iddiası təmin edilib.
Qeyd edək ki, ötən il Azərbaycanda valideynlik hüququndan məhrum edilmə ilə bağlı 123, valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı isə 86 mülki işə baxılıb.






SON XƏBƏRLƏR

2017-11-22