2017-10-17 20:43:00   |   309 dəfə oxunub

"Ordumuz ərazilərimizi azad etmək istəyərsə, bunu mütləq bacarar” - Müxalif təşkilatın sədri


"Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişədir, hər gün müharibə təhlükəsi var”.

Bunu "Sherg.az”a Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun payız-qış aylarında Qarabağda yeni müharibə olacağı proqnozuna münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki, S.Markovun bu açıqlamaları təəccübləndirici deyil:

"Amerika və başqa dövlətlərin nümayəndələri də dəfələrlə bu cür bəyanatlar səsləndirib. Ona görə, deyilənlər dondurulmuş münaqişələr üçün xarakterikdir. Qarşıdurma həmişə ola bilər və demək olar ki, hər gün cəbhə xəttində gərgin vəziyyət olur”.

2016-cı ilin aprelində baş verən döyüşləri xatırladan S.Cəlaloğlu qeyd edib ki, yeni müharibə baş verərsə, yeni mövqelərin ələ keçirilməsi də mümkündür: "

"Bu əslində dövlətin hərbi strategiyasından asılıdır. Azərbaycan işğal olunmuş ərazilərimizi geri qaytarmağə məqsəd qoyacaq yoxsa, sadəcə təbliğat xarakterli işlər görəcək? Əgər ordumuz ərazilərimizi azad etmək istəyərsə, bunu mütləq bacarar”.

Qeyd edək ki, bölgədə vəziyyətin yenidən alışması potensialını yüksək olduğunu vurğulayan S.Markov tərəflərin hərbi eskalasiyanın olmaması üçün danışıqları davam etdirəcəyini düşünür.

Aysel Aslan







SON XƏBƏRLƏR

2017-11-22