2017-10-18 00:34:59   |   90 dəfə oxunub

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzanıb


Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar verib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, millət vəkillərinin əksəriyyəti hökumətin təqdim etdiyi müvafiq qanun layihəsini dəstəkləyib.

Qeyd edək ki, Türkiyə hökuməti ötən gün ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar verib. Müvafiq sənəd təsdiqlənməsi üçün parlamentə göndərilib.

Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevriliş cəhdindən sonra tətbiq olunub.







SON XƏBƏRLƏR

2017-11-22