2017-10-29 18:37:00   |   301 dəfə oxunub

Bərzani istefa verib




Bu gün İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefa verib.
APA-nın məlumatına görə, bu barədə "France-Presse” agentliyi məlumat yayıb.
M. Bərzaninin istefa barədə məktubu bu gün İraq Kürd Bölgə Muxtariyyətinin parlamentinin qapalı toplantısında oxunub. M. Bərzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini vurğulayıb. Bununla da 2015-ci ildən İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri postunu tutan və iki dəfə səlahiyyət müddəti uzadılan M. Bərzaninin istefası rəsmiləşib.
Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib. Daha sonra İraq ordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirib.






SON XƏBƏRLƏR

2017-11-22