2017-11-09 16:16:16   |   143 dəfə oxunub

Rusiya XİN: Qarabağ münaqişəsinə dair müxtəlif formatlarda təmaslar istisna deyil


"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif formatlarda təmaslar istisna deyil".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxaraova bu gün keçirdiyi brifinqdə bildirib. O, yaxın vaxtlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə görüşünun təşkilinə dair məlumatının olub-olmaması barədə suala belə cavab verib: "Görüş planlaşdırılır. Bu görüşü konkret təşkilat keçirəcək. Görüşün vaxtı məlum olan kimi məlumat verəcəyik. O ki qaldı müxtəlif formatlarda təmaslara, bunlar da istisna deyil, üzərində işlənilir".
Qed edək ki, Rusiya XİN-dən APA-ya həmsədrlərin bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırdığı bildirilib.






SON XƏBƏRLƏR

2017-11-22