2017-11-13 13:55:54   |   70 dəfə oxunub

Sabah Azərbaycanda hava necə olacaq? - PROQNOZ


Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.






SON XƏBƏRLƏR

2017-11-22