2017-11-13 15:42:46   |   99 dəfə oxunub

SOCAR İtaliyada neft emalı zavodu ala bilər


Azərbaycan, İran və Əlcəzairin milli neft şirkətləri "Lukoil" şirkətinin İtaliyadakı aktivi olan ISAB neft emalı kompleksinin alışına maraq göstərir.
"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib.
Onun sözlərinə görə, "Lukoil" şirkətinə çox sayda təklif daxil olub: "Biz bu variantları nəzərdən keçiririk. Zavod olduqca yaxşı vəziyyətdədir. İndiyədək biz bu zavoda kifayət qədər investisiya yatırmışıq. Bütün qurğular işlək vəziyyətdədir. Üstəlik, modernləşdirmə işlərindən sonra bir neçə yeni obyektin işə salınması da nəzərdə tutulub. Buna görə, heç bir şey bizi tələsik qərar qəbul etməyə vadar etmir. Biz maraqlı tərəflərlə danışıqları davam etdiririk".
Sentyabr ayının sonunda V. Ələkbərov qeyd edib ki, ISAB ilə ABŞ-ın iri şirkətləri, beynəlxalq investisiya fondları maraqlanır.






SON XƏBƏRLƏR

2017-11-22